Bakıda 78 yaşlı kişi evində yanaraq ölüb

img

24-12-2020 [12:51]


Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğln olub.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, ümumi sahəsi 62 m² olan mənzildə 1 ədəd divan və döşəmə 1 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA