Türkiyənin Gürcüstandakı səfiri XİN-ə çağırılıb

img

23-12-2020 [15:44]


Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Səfirin XİN-ə dəvət olunması Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində xidmətlər göstərməyə başlamasına dair yayılan məlumatlarla bağlı olub.

F.C.Yazqan bildirib ki, XİN nümayəndələri ilə məsələni müzakirə edib: “Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğal altında olan ərazilərdə maliyyə xidmətlərinin göstərilməsinə heç zaman razılıq verə bilməz”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq