Rusiya Zəngəzurda hərbi baza quracaq? - Ermənistan indi də buna can atır

img

23-12-2020 [14:43]


“Ermənistanın Sünik vilayətində (Zəngəzur) Rusiyanın yeni hərbi bazasının yaradılması ilə bağlı danışıqlara başlamaq lazımdır”.

“Novosti Armeniya” xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının və parlamentdəki eyni adlı fraksiyanın lideri, deputat Edmon Marukyan dekabrın 23-də “Sputnik Armeniya”nın mətbuat mərkəzində keçiridiyi mətbuat konfransında bildirib.

Qərbmeyilli siyasətçi sayılan partiya sədri iddia edir ki, Sünikin təhlükəsizliyini təmin etmək üçün Ermənistanda Rusiyanın ikinici hərbi bazasının yerləşdirilməsinə ehtiyac var.

Xatırladaq ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində 102 saylı hərbi bazası var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq