Sahil Babayev: "Saxta əlilliyin qarşısını alınması ilə 250 milyon manata qənaət edilib"

img

23-12-2020 [12:59]


“Əhalinin sosial rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas hissələrindən biridir. Sosial siyasət hökumətin siyasətinin ana xəttini təşkil edir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 2020-ci ildə saxta əlillik təyinatının qarşısının alınması ilə dövlət büdcəsindən transfertin həcmi 250 milyon manat azaldılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA