04-05-2018 [15:55]
Parlamentdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: " Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, 2014-2018-ci illər əllilərin sosial müdafiəsi ilə bağlı proqramda göstərilib ki, 2018- ci ilin sonuna qədər 5731 şəxs mənzillə təmin olunmalıdır: " İndi bizə nazir müavini Natiq Məmmədov məlumat versin ki, ilin bitməsinə 7 ay qalıb. Neçə nəfər əlil mənzillə təmin olunub? Halbuki 5731 nəfərin hamısı mənzillə təmin olunmalıdır. Onu da qeyd edim ki, ölkədə ümumlikdə 620 min əlil var. Onların da 72 mini 18 yaşına qədər olan yeniyetmələrdir”.
Deputat Musa Quliyev vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub: "Elə şərait yaradılmalıdır ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir. Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.
Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.
Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir: "Deputat həmkarlarımdan soruşuram ki,hansınız 52 manatla dolana bilərsiz?! Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.
***
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatların qaldırdığı məsələyə münasibət bildirib. O bildirib ki, ilk növbədə prezindentin sərəncamına əsasən ölkənin ərazi bütövlüyü uğrunda əlil olan şəxslər evlə təmin edilib: " 2014-2018- ci illər dövlət proqramında bütün kateqoriya əlillərə bu şamil edilməyib. Düşünürəm ki, bu proqram daha 4 il artırılmalıdır ki, bütün kateqoriyaladan olan əlilləri əhatə edə bilsin. Hər il 350-400 nəfər Qarabağ əlilləri üçün fərdi ev tikintisi aparılır”.
Nazir müavini əlilliyin qiymətləndirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələdə narazı olanların fikirləri ilə razıdır: "Mən də ixtisasca həkiməm. Ona görə də həkim kimi razılaşa bilmrəm. Xəstəni görmədən ona əlillik təyin etmək düzgün deyil. Bu o zaman düzgün olardı ki, Səhiyyə Nazirliyinin bununla bağlı elektron portalı tərtib ediləcək, o zaman məsələ bütün xəstələr haqqında məlumatlar orada qeyd olunacaq.
Əlilliyin hazırkı formada qiymətləndirilməsinin isə bir neçə müsbət cəhəti var. İndi artıq kağız daşıyıcları yoxdur, vətəndaş-məmur münasibətləri sıfıra endirilib. Demək olar ki, korrupsiya yoxdur”.
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu