Antarktidada  koronavirusa yoluxanlar var

img

22-12-2020 [17:52]


Çilinin elmi stansiyasında olan 36 nəfərə COVID-19 diaqnozu qoyulduqdan sonra Antarktida koronavirus pandemiyasından yan qaçan yeganə qitə olmaq statusunu itirib.

"RİA Novosti” xəbər verir ki, bu barədə yerli “Tercera” qəzeti yazıb.

Koronavirusa yoluxma halları “Bernardo O'Higgins Riquelme” elmi stansiyasında aşkar edilib. Yoluxan 36 nəfərdən 26-sı hərbçi, 10-u isə bazada planlı iş aparan podratçı şirkətin əməkdaşıdır.

Qeyd olunur ki, yoluxanların hamısı simptomlar aşkar olunduqdan sonra tibbi-elmi personal tərəfindən təxliyə edilib və daha sonra PZR testlər veriblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq