Gürcüstanın koronavirusa qarşı vaksini gələn ilin martında əldə edəcək

img

22-12-2020 [15:05]


“Gürcüstanın koronavirusa qarşı vaksini gələn ilin martında əldə edəcəyi gözlənilir”.

Barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan peyvəndin ümumi dəyərinin 25%-ni artıq ödəyib və bu məbləğ ölkəyə preparatı almaqla yanaşı seçmək hüququ da verir.

E.Tikaradze peyvəndin Gürcüstan əhalisinin 20%-i üçün nəzərdə tutulduğunu qeyd edib.

O deyib ki, Rusiya istehsalı olan vaksinlərin Gürcüstanda tətbiqi məsələsi hələ müzakirə olunmur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq