Rusiya Böyük Britaniya ilə hava əlaqələrini kəsib

img

21-12-2020 [16:41]


Rusiya koronavirusun mutasiyaya uğramış yeni variantının yayılmasna görə Böyük Britaniya ilə hava əlaqələrini kəsib.

TASS xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bildirilib ki, qərar dekabrın 22-si gecəyarı qüvvəyə minəcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını sentyabrda Britaniyada aşkarlandığını açıqlayıb. Daha sonra bu Danimarka, Niderland, Avstraliyada, CAR və İtaliyada qeydə alınıb. Mutasiyanın Böyük Britaniyada yarandığı və ya ora sonradan gətirildiyi barədə məlumat yoxdur. Həmçinin hazırlanmış yeni vaksinlərin bu cür mutasiyaya qarşı effektiv olub-olmayacağı da məlum deyil/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA