Paşinyanın Gorusa səfərinə mane olmaq istəyən mer tutuldu

img

21-12-2020 [10:00]


Ermənistanın hüquq-mühafizə orqanları Gorus şəhərinin meri Aruş Aruşanyanı saxlayıb.

Mia.az xəbər verir ki, bu barədə “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan feysbukda məlumat verib.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Gorus şəhərinin yerləşdiyi Sünik vilayətinə səfəri gözlənilir. A.Aruşanyan onun vilayətə girişinə əngəl olmaq üçün sakinlərə çağırış edərək onları “Sünikin Qapıları”na toplayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA