Slovakiyada nazirlər COVID-19-a yoluxdular

img

19-12-2020 [10:44]


Slovakiyanın baş naziri İqor Matoviç koronavirusa yoluxub.

Bu barədə “Aktuality.sk” nəşri məlumat yayıb.

Bildirilir ki, Matoviç koronavirus testindən keçib, analizlərin nəticəsi müsbət olub. Nəşrin məlumatına əsasən, siyasətçi özünü evdə təcrid edib.

Virus testlərinin müsbət nəticələrini həmçinin Kənd təsərrüfatı naziri Yan Miçovski alıb. Eyni zamanda Ətraf mühitin mühafizəsi naziri Yan Budayın da COVID-19-a yoluxduğu məlum olub. Onlar evdə işləyirlər və xüsusi halda Nazirlər Kabinetinin iclaslarında məsafəli rejimdə iştirak edirlər.

Qeyd edək ki, 5,5 milyon əhaliyə malik Slovakiyada pandemiya ərzində koronavirusa 146 124 nəfər yoluxub, 1 440 insan infeksiyanın qurbanı olub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA