Almaniyada yeni yoluxma rekordu qeydə alındı

img

18-12-2020 [13:54]


Almaniyada ötən 24 saat ərzində koronavirusa 33 777 nəfər yoluxub ki, bu da pandemiya dövründə rekord göstəricidir.

Robert Kox İnstitutunun məlumatına görə, dalbadal iki gündür rekord vuran bu ölkədə ötən gün də 30 400-dən çox yoluxma qeydə alınmış, bununla da ilk dəfə 30 minlik sədd aşılmışdı.

Bütövlükdə, indiyədək Almaniyada koronavirusa 1,4 milyon nəfər yoluxub, bunlardan 24 938 nəfər (son 24 saatda 813 nəfər) dünyasını dəyişib.

Səhiyyə naziri Yens Spahn ölkədə peyvəndləmə proqramının Milad bayramından sonra başlayacağını bildirib.

Son rəy sorğularına görə, əhalinin 47 faizi mümkün qədər tez bir zamanda peyvənd olmaq istəyir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA