Yaralı hərbiçilər COVID-19-a qarşı müayinədən keçirilibmi?

img

18-12-2020 [12:46]


Hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq COVID-19 virus infeksiyasının aşkarlanması məqsədi ilə kütləvi yaxmaların götürülməsi, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi olaraq növbətçiliklərin icrası da təcili yardım briqadaları tərəfindən həyata keçirilib.

Bunu BŞT və TTYS-nin baş həkimin müavini İradə Əliyeva deyib.

O qeyd edib ki, təcili yardım işçiləri eyni zamanda arxa cəbhədə də COVID-19 virus infeksiyası ilə mübarizə aparıblar: "Belə ki, virus infeksiyasına yoluxmuş xəstələrə ilkin tibbi yardımın göstərilməsi, ehtiyac olduğu halda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib"./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA