Çayxana sahibi və müştəriləri polis şöbəsinə aparılıb - FOTOLAR

img

21-12-2020 [10:59]


Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olarkən rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkar ediblər.

Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunan qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA