Putin: "Şərait yaranan kimi Rusiya sülhməramlıları Dnestryanıdan çıxarılacaq"

img

17-12-2020 [16:18]


“Qırğızıstanda baş verənlər ilk deyil. Bu bu günün nəticəsi deyil, bu, öz yolunu axtarmağın nəticəsidir”.

Bunu illik mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin MDB məkanında baş verən hadisələr fonunda ölkəsinin Birlik ölkələrindən kimisə itirməkdən qorxurmu sualına cavabında deyib.

“O ki qaldı Moldovaya, biz Dnestryanıdan Rusiya sülhməramlıları qüvvələrini çıxarmağın tərəfdarıyıq. Bunun üçün şəraitin yaranmasını gözləyirik. Şərait yaranan kimi bu addım atılacaq. Biz keçmiş prezident Voroninlə bu barədə anlaşmışdıq. Lakin bu, baş vermədi. İndi prezident Maya Sandu deyir ki, Rusiya sülhməramlıları Dnestryanıdan çıxarılmalıdır. Sandu Rumıniya vətəndaşıdır. Qərb ölkələri də Rusiya sülhməramlılarının Dnestryanıdan çıxarılmalı olduğunu deyirlər”, - deyə Rusiya Prezidenti qeyd edib.

Belarusdakı hadisələrdən də danışan Putin bu ölkədə baş verənlərə xaricdən dəstək olduğunu xatırladıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA