Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişik edib

img

16-12-2020 [16:45]


Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun bu barədə imzaladığı qərara əsasən, dəyişikliyin məqsədi vahid büdcə təsnifatını “Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaqdır. Beləliklə, təsnifatın gəlirlər hissəsində “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib, bəzi paraqraflar ləğv olunub, köməkçi bölmələr əlavə edilib.

Dəyişikliyə əsasən, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünür.


Digər xəbərlər
SON XƏBƏRLƏR