Gürcüstanda böyük amnistiya veriləcək

img

16-12-2020 [15:33]


Gürcüstanda “Amnistiya haqqında” qanun layihəsi hazırlanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, sənəddə bu ilin dekabrın 11-dək cinayət məsuliyyətinə cəlb olunan və müvafiq cəza alan şəxslərin azadlığa buraxılması nəzərdə tutulub.

Layihədə qətl və ailə zorakılığı kimi cinayətlər yer almayıb. Qanun layihəsi oğurluq, saxtakarlıq, əmlaka ziyan vurma, bəzi bədən xəsarətlərinin yetirilməsi də daxil olmaqla ümumilikdə 44 qanun pozuntusunu əhatə edir.

Təşəbbüs narkotik vasitələrin satışına görə həbs cəzası çəkən və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA