Köhnə Tağlar və Çaylaqqala kəndlərində itkin düşən erməni yaraqlısının valideynləri aksiya keçiriblər

img

16-12-2020 [14:59]


Xocavənd rayonunun işğaldan azad olunmuş Köhnə Tağlar və Çaylaqqala kəndlərində itkin düşən onlarla erməni yaraqlısının valideynləri Şırak vilayətində Gümrü-Yerevan yolunu bağlayıblar.

“Armenpress” xəbər verir ki, valideynlər itkin düşmüş övladlarını sosial şəbəkələrdə yayılan videogörüntülərdən tanıyıblar.

Məlumata görə, valideynlər daha öncə vilayət administrasiyası binasının girişini də kəsiblər.

Bundan başqa, övladları itkin düşmüş valideynlər Müdafiə Nazirliyinin qarşısında da aksiya keçirirlər. Onlar itkin düşmüş övladları barədə məlumat verilməsini tələb edirlər.

Qeyd edək ki, erməni valideynlər artıq 1 aydır ki Müdafiə Nazirliyi qarşısında mütəmadi aksiyalar keçirirlər/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA