Yunanıstan son 11 ilin ən böyük hərbi büdcəsini qəbul edib

img

16-12-2020 [13:12]


Yunanıstan, koronavirus pandemiyası səbəbilə iqtisadiyyatındakı kiçilməyə baxmayaraq, son 11 ilin ən böyük hərbi büdcəsini qəbul edib.

 “Anadolu” xəbər verir ki, ölkə parlamenti 2021-ci il üçün 5,49 milyard avro məbləğində hərbi büdcəni təsdiqləyib.

Bu vəsaitin 2,5 milyardı silahlanmaya sərf olunacaq.

Yunanıstanın 2020-ci il üçün hərbi büdcəsi 3,97 milyard avro olub. Bu vəsaitin 540 milyon 692 min avrosu silahlanmaya xərclənib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA