Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır?

img

16-12-2020 [12:33]


Ermənistanda hakim komanda yaxın vaxtlarda növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini qəbul edib.

Bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, baş nazir Nikol Paşinyan yaxın ətrafı ilə Seçki Məcəlləsinin dəyişdirilməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini çox fəal şəkildə müzakirə edir.

O, dekabrın 15-də hakim “Mənim addımım” fraksiyasının deputatları ilə bir araya gəlib.

Görüş iştirakçıları bildirib ki, seçki sistemində dəyişikliklə cəmiyyətin ovqatını dəyişmək mümkünsüzdür. Onların qənaətincə, yaxın günlərdə növbədənkənar parlament seçkiləri keçirmək lazımdır.

Müzakirədə ədliyyə naziri Rüstəm Badasyan və N.Paşinyanın müşaviri, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan da iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan xalqın iradəsi tələb edəcəyi halda istefa verəcəyini bildirib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA