Gürcüstanın yeni hökumətinin əvvəlki tərkibdə olacağı gözlənilir

img

15-12-2020 [14:50]


“Gürcüstan hökuməti eyni tərkibdə qalacaq və əsaslı dəyişikliklər olmayacaq”.

Bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, vakant olan ədliyyə naziri vəzifəsinə kimin təyin olunması ilə bağlı müzakirələr hələ aparılmayıb.

İ.Kobaxidze qeyd edib ki, yaxın günlərdə baş nazir postuna namizəd Giorgi Qaxariya ilə görüş keçiriləcək və hökumətin formalaşdırılması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Gürcüstanın keçmiş ədliyyə naziri Tea Tsulukiani deputat seçilib. Bu gün hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisində parlament çoxluğunun iclası keçirilib. Toplantıda hökumətin tərkibi və cari siyasi proseslərin müzakirəsi aparılıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA