Tramp seçkidə məğlub olduğunu açıq şəkildə etiraf etmək niyyətində deyil

img

15-12-2020 [13:21]


Seçənlər Kollegiyasının Cozef Baydeni yeni dövlət başçısı seçməsinə baxmayaraq, ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçkidə məğlub olduğunu açıq şəkildə etiraf etmək niyyətində deyil.

Bu barədə CNN Ağ Evə yaxın mənbəyə istinadən məlumat yayıb.

Eyni zamanda, Trampın bəzi müşavirləri onun ikinci müddətə Ağ Evdə qalmayacağını özəl söhbətlərdə etiraf etdiyini bildiriblər.

Respublikaçıya yaxın olanlar vəzifəsindən getmək üzrə olan ABŞ liderinin Baydenin andiçmə mərasimində iştirak edəcəyini düşünürlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA