Lavrovdan ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına şərh: "Bu, əlbəttə ki, beynəlxalq hüquqa saymaz münasibətdir"

img

15-12-2020 [09:28]


Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür.

TASS xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib.

“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – saga-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, - Lavrov belə deyib.

Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA