Giorgi Qaxariya yenidən Baş nazir vəzifəsinə namizəd oldu

img

14-12-2020 [13:55]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyası Giorgi Qaxariyanın baş nazir vəzifəsinə namizədliyini parlamentə rəsmən təqdim edib.

Mia.az Report-a istinadla xəbər verir ki, bundan sonra G.Qaxariya hökuməti formalaşdırmağa başlayacaq.

Yeni hökumətin tərkibi müəyyən olunandan sonra təsdiqlənmə üçün qanunverici orqana göndəriləcək. Hökumətə etimadın göstərilməsi üçün ən azı 76 deputatın dəstəyi tələb olunur.

Qeyd edək ki, 45 yaşlı G.Qaxariya 2019-cu ilin sentyabrından hökumət başçısı vəzifəsini tutub. Bundan öncə o, daxili işlər naziri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA