Fransada naməlum şəxs insanlara hücum edib, xəsarət alanlar var

img

14-12-2020 [10:17]


Fransanın paytaxtı Paris yaxınlığındakı Antoni şəhərində naməlum kişi insanlara hücum edərək bir neçə nəfəri yaralayıb.

Bu barədə “Figaro” bildirib.

Qəzetin məlumatına görə, hücum nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və hadisəni törədən şəxs həbs edilib. Hücum zamanı ölən olmayıb.

Polisdə hesab edirlər ki, hücum terror xarakterli deyil, çünki hadisəni törədən şəxs psixiki pozğunluqlardan əziyyət çəkir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA