Cəlilabadda evdə yanğın olub, 81 yaşlı qadın ölüb

img

14-12-2020 [10:05]


Cəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA