Qaxda şəhid dəfn olunub - FOTOLAR

img

13-12-2020 [17:25]


Qaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçi, 2000-ci il təvəllüdlü Cavid Vahid oğlu Abdullayevlə vida mərasimi keçirilib.

Məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində döyüşüb. Oktyabr ayının ortalarından ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Qax rayonunun rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi. Lakin 27 sentyabrdan başlayan Vətən müharibəsində iştirak edib/Report.

 

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA