Mətbuat katibindən Paşinyanın istefa xəbərinə - Reaksiya

img

14-12-2020 [09:29]


Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən istefa verməsi barədə söz-söhbətlər qeyri-ciddidir.

Bu barədə Nikol Paşinyanın mətbuat katibi bildirib.

O, qeyd edib ki, qeyri-ciddi xəbəri təkzib etməyə ehtiyac görmür.

"İstefa haqqında xəbərlər o qədər qeyri-ciddidir ki, şərhə ehtiyac duyulmur", - baş nazirin mətbuat katibi Mane Qevorqyan deyib.

Dünən bir sıra teleqram kanallarda Paşinyanın istefaya getməsi barədə xəbərlər yayılıb.

Xatırladaq ki, artıq bir aydan çoxdur, Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Aksiyalar zamanı dəfələrlə polis əməkdaşları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Mitinqlər yüzlərlə müxalifətçinin saxlanılması ilə müşayiət olunub. Etiraz aksiyalarına səbəb Paşinyanın 10 noyabr bəyanatına imza atmasıdır. Ermənistanın aparıcı müxalifət partiyaları onu satqınlıqda və təslimçilikdə ittiham edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA