Qarabağ döyüşlərində Gürcüstan əsilli 14 hərbi qulluqçumuz şəhid olub

img

12-12-2020 [18:27]


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimizin 14-ü Gürcüstan əsillidir.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan videokonfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, Gürcüstan azərbaycanlılarının Vətən sevgisi və fədakarlığının yeni bariz nümunəsidir: “Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Səfirlik Gürcüstanda şəhidlərimizin anım mərasimlərinin təşkili, qohumlarının Azərbaycana getməsinə dəstək göstərib. Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrindəki məscidlərdə şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub”.

F.Quliyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda azadlıq müharibəsinə başladığı ilk günlərdən Gürcüstandakı soydaşlarımız dəstək və həmrəylik nümayiş etdiriblər: “Gürcüstanda Azərbaycana bir sıra dəstək aksiyaları keçirildi, azərbaycanlıların təmsil olunduqları təşkilatlar Gürcüstanın dövlət qurumları və beynəlxalq təşkilatlara birgə müraciətlər ünvanladılar. Soydaşlarımız həmçinin Azərbaycana humanitar yardımlar göndəriblər və Azərbaycan Ordusuna Yardım Fonduna pul vəsaitləri köçürüblər”.

Qeyd edək ki, diplomatik nümayəndəliyin təşəbbüsü ilə onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Gürcüstandakı azərbaycanlı icmasının nümayəndələri, iş adamları, din xadimləri, gənclər və ziyalılar da iştirak edirlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA