“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır

img

11-12-2020 [17:57]


Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir.

Şirkətdən Mia.az-a verilən məlumata görə, bu gün saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparacaqlar.

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir.

Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır.

Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai Televiziyada izləmək mümkündür.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə burada tanış ola bilərsiniz. https://www.nar.az/projects/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA