Gürcüstan parlamentinin yeni spikeri seçilib - FOTO

img

11-12-2020 [16:03]


Arçil Talakvadze Gürcüstanın X çağırış parlamentinin sədri seçilib.

Mia.az Report-a istinadla xəbər verir ki, 86 deputat onun namizədliyini dəstəkləyib.

Birinci vitse-spiker Gia Volski, qanunverici orqanın sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenkonun seçiləcəyi gözlənilir.

Parlamentdə hakim partiya “Gürcü Arzusu” fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze sədrlik edəcək.

Qeyd edək ki, 37 yaşlı A.Talakvadze hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında II yerdə olub. O, 2019-cu ilin iyunundan bu ilin oktyabrın 1-dək spiker vəzifəsini tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA