Bakıda iki həkim COVİD-19-dan vəfat etdi - Açıqlama + FOTO

img

11-12-2020 [11:48]


8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusdan dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hər iki tibb işçisi koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA