COVID-19 xəstələri olan Şəmkir sakinlərinə cinayət işi açılıb

img

11-12-2020 [10:36]


Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakinləri - Xanım Aslanlı, Bulqeys İbrahimova, Asiman Süleymanov və Seymur Əmiraslanov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Həmin şəxslər barəsində RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA