COVID-19 xəstələrinin vəziyyətinin ağırlığını təyin etmək üçün yeni yol tapılıb

img

10-12-2020 [19:03]


COVID-19 xəstələrinin göz yaşları xəstəliyin ağırlıq dərəcəsini təyin etməyə kömək edə bilər. İspaniyanın San Karlos klinikasının oftalmologiya şöbəsinin mütəxəssisləri bu qənaətə gəliblər.

Bu barədə “RİA Novosti” “ScienceDirect” portalında dərc olunan araşdırmaya istinadən məlumat verib.

Həkimlər 41 sağlam və 62 koronavirusa yoluxmuş insanın qanından və gözünün selikli qişasından alınan nümunələri təhlil ediblər. Məlum olub ki, yoluxmuş insanların qan plazmasında olduğu kimi, göz yaşlarında da sitokin - immunitet sistemini virusla mübarizə aparmaq səfərbər edən molekul tərkibi artıb.

Alimlər qeyd edirlər ki, koronavirusa yoluxmuş insanlarda qan əvəzinə gözün selikli qişasından yaxma götürmək olar. Bununla belə, asemptomatik və ya xəstəliyi yüngül keçirən insanlarda gözün selikli qişasında virus hissəciklərin miqdarının diaqnoz qoymaq üçün yetərli olmaya biləcəyi vurğulanır/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA