Bakıda mənzildə qadın meyiti tapıldı

img

10-12-2020 [18:18]


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu təcili xilasetmə tədbirlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Təlimata uyğun həyata keçirilən tədbirlər nəticəsində giriş qapısı açılıb və mənzilə baxış keçirilib.

Mənzildə aşkarlanan 1974-cü il təvəllüdlü Səfərova Mətanət Tofiq qızının meyiti aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA