Türkiyə Prezidenti: "Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı"

img

09-12-2020 [14:33]


“Vətən müharibəsi dövründə Azərbaycan xalqı həmrəylik göstərərək heç bir fədakarlıqdan qaçmadı".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“Ermənilərin dinc sakinləri hədəfə aldığı hücumlara baxmayaraq, Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmayıb. Müharibə şəraitində belə türk və müsəlman olmanın əsalətini unutmayan azərbaycanlı qardaşlarımızı öz adımdan və millətimin adından təbrik edirəm. Canları bahasına Qarabağı işğaldan azad edən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Həmd olsun, bu gün ulduz və hilal Qarabağ səmasında qürurla dalğalanır”, - o qeyd edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA