Salyanda şəhid dəfn olunub

img

09-12-2020 [13:50]


Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi, 1992-ci il təvəllüdlü Emin Zahir oğlu Nəzərovla dəfn mərasimi keçirilib.

Onun üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu İkinci Varlı kəndinə gətirilib. Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Nəzəeov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi və özündən sonra iki övladı yadigar qaldı.

Allah rəhmət eləsin!/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA