Fransanın sabiq prezidenti həbs təhülkəsiylə üzləşib - Sarkoziyə 4 il  cəza tələb olunur

img

08-12-2020 [23:25]


Fransada Milli Maliyyə Prokurorluğu sabiq prezident Nikola Sarkoziyə, ikisi şərti olmaqla, 4 il həbs cəzası verilməsini istəyib. Prokurorluğun bu tələbi telefon danışıqlarının dinlənilməsi iddiası ilə bağlıdır.

TASS xəbər verir ki, bu barədə prokurorluğun nümayəndələri bildiriblər.

Prokurorluq bu işdə adı keçən vəkil Tyerri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş yüksək rütbəli nümayəndəsi Jilber Aziber üçün də eyni cəza tələb edib.

İstintaq araşdırmalarına görə, Sarkozi öz vəkili Tyerri Erzoqun vasitəsi ilə Jilber Aziberə Monakoda yüksək vəzifəyə gəlməklə bağlı kömək vəd verib və bunun qarşılığında başqa bir araşdırma ilə bağlı gizli informasiya əldə etməyə çalışıb. Həmin gizli məlumat 2007-ci ildə Fransanın “L'Oreal” şirkətinin varisi Lilian Bettankur tərəfindən Sarkozinin prezidentlik kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlıdır.

Fransa KİV qeyd edir ki, seçkiqabağı prezidentlik kampaniyasının maliyyələşdirilməsi ilə bağlı araşdırma aparılan zaman istintaqçılar 2013-cü ilin sentyabrında Sarkozinin telefon danışıqlarını dinləməyə başlayıblar. 2014-cü ilin əvvəlində Sarkozinin öz vəkili Erzoqla saxta adlarla qeydiyyatdan keçən mobil nömrələrlə əlaqə qurduğu aşkar edilib.

Sarkozi ona qarşı irəli sürülən bütün ittihamları hər dəfə rədd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA