Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub

img

08-12-2020 [17:47]


Şamaxı Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

Mia.az Report-a istinadla xəbər verir ki, Babayev Məsud Nizami oğlu Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, M.Babayev 25 aprel 1977-ci ildə Şamaxı rayonunun Yenikənd kəndində anadan olub. 1982-1989-cu illərdə Şamaxı rayonu, Ə.Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseydə təhsil alıb. 2015-ci ildən bu ilin iyul ayına kimi Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə, iyul ayından isə Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA