ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb - Son yeddi gündə ərzində

img

08-12-2020 [18:21]


Son yeddi gündə ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb və bu, həftəlik ifadədə aprel ayından bəri ən yüksək ölüm göstəricisidir.

Pandemiya qurbanlarının ümumi sayı dekabrın 7-dək olan müddətdə 283 703 nəfər təşkil edib.

TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatlarında deyilir.

Son statistikaya əsasən, təkcə dekabrın 2-dən etibarən ABŞ-da koronavirusa yoluxma hadisələrinin sayı bir milyondan çox artaraq ümumilikdə 14 954 331-ə çatıb.

“Vəziyyət elədir ki, Şükran gününü arxada qoyub Milad bayramına doğru gedirik. Bu vəziyyət çətin olacaq”, - ABŞ-nin baş infeksionisti, Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında deyib.

Telekanal qeyd edir ki, amerikalı səlahiyyətlilər əhalini koronavirusa qarşı peyvəndləməyə başlayıb və yanvarın 20-dək – ölkənin seçilmiş prezidentinin andiçmə mərasimi gününə qədər onmilyonlarla insane peyvənd vurulmasına çalışır. Lakin ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Aleks Azar hesab edir ki, yaxın həftələrdə yoluxma sayının artmasına dair ümumi tendensiya qorunacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA