Bakıda Zəfər paradına görə avtobusların hərəkət sxemi dəyişib

img

08-12-2020 [16:01]


Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi-“28 May” m/st-sı, Nobel prospekti-Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Mia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məluma yayıb.

Bildirilib ki, qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək: "Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan “Zəfər Paradı”-nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik. Həmçinin tövsiyə edirik ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə etməyəsiniz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA