TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə - Xəbərdarlıq

img

08-12-2020 [15:20]


"İyun-iyul aylarında yoluxma faizi 7-10 %-dən az idisə, bu gün rəqəm 25 %-in üzərindədir".

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda intensiv terapiya və reanimasiya şöbələrində müalicə olunan xəstələrin sayında da artım var: "Xəstələrin xəstəxanalara ağırlaşmış formada daxil olması narahatedicidir. Əhali arasında çoxlu reseptlər gəzir. Ev şəraitində vitamin preparatları, qan durulaşdırıcı dərmanları qəbul etmək olar. Xəstə insanlar isə həkimlə məsləhətləşməlidir. Bol maye və yataq rejimi mütləqdir. Hormonal preparatlar həkim məsləhəti olmadan içmək qəti olmaz. Deksametazon və stredit preparatı da bura aiddir. Çalışaq özümüzü sadə metodlarla qoruyaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA