Əli Əsədovdan “Aqroservis” ASC ilə bağlı qərar - Dəyişiklik

img

08-12-2020 [13:47]


Nazirlər Kabineti “Aqroservis” ASC ilə bağlı yeni qərar verib

Mia.az xəbər verir ki, qərara əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Məlumatda deyilir ki, həmin Fərmanın 2.1-ci bəndində göstərilir ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarını, lizinq yolu ilə satılması istisna olmaqla, kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edən, aqrotexniki xidmətlər göstərən və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsdir.

Qeyd ediləni nəzərə alaraq Nazirlər Kabinetinin qərarlarına müvafiq dəyişikliklər edilib.

Xatırladaq ki, bu ilin oktyabrın ilk ongünlüyündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqroservis” ASC-ni dövlət qeydiyyatına alıb..

“Aqroservis”in hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 12, nizamnamə kapitalı 411 976 466 manat, qanuni təmsilçisi isə Elmin Əlisa oğlu Rəhmanovdur.

O Elmin Rəhmanov ki, hazırda qurma rəhbərik edir...

Xatırladaq ki, yeni kommersiya qurumu indiyə qədər mövcud olan, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq” ASC-nin bazasında yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev avqustun 17-də fərman imzalayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR