Energetika Nazirliyində Qarabağ regionundakı enerji mənbələri ilə bağlı iclas keçirilib
08-12-2020 [13:31]
Energetika naziri Pərviz Şahbazovun sədrliyi və nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə Dağlıq Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işlər və atılacaq addımların müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, iclasda işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilib, həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üzrə görüləcək işlərə dair təkliflər səsləndirilib.
Bildirilib ki, ilkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 427 ha olan 8 potensial ərazi seçilib. Bu ərazilərdə ümumilikdə 7 214 MVt gücündə günəş elektrik stansiyalarının yerləşdirilməsi mümkün görünsə də, cənub ərazilərin bir hissəsinin kənd təsərrüfatı təyinatlı ola biləcəyi nəzərə alınaraq, burada ümumi potensial 4 000 MVt-dan yüksək qiymətləndirilir.
Daha sonra Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Bildirilib ki, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir və bu potensialın böyük hissəsi adıçəkilən rayonların Ermənistanla sərhəd zonalarına düşür. Belə böyük potensiala baxmayaraq, əlverişli infrastrukturun olmaması səbəbindən bu sahələrdə külək enerjisindən elektrik enerjisinin hasil edilməsi məsələsinin yerində araşdırma və tədqiqat işləri tələb etdiyi vurğulanıb.
Azərbaycanda 25 % yerli su ehtiyatlarının Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumat verilib. Bildirilib ki, mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görüldüyü qeyd edilib. İclasda həmçinin regionun bioenerji və geotermal enerji mənbələri haqqında məlumat verilib və gələcəkdə bu enerji növlərindən elektrik və istilik enerjisi istehsalı məqsədi ilə istifadənin mümkünlüyü vurğulanıb.
İclas zamanı səsləndirilən təkliflər nəzərə alınaraq, bərpa olunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması, bu sahədə aidiyyəti qurumlarla əməkdaşlıq, həmçinin günəş və külək enerjisi potensialı yüksək olan ərazilərdə ölçü müşahidə stansiyalarının quraşdırılması istiqamətdə fəaliyyətə başlanılması üzrə tapşırıqlar verilib.
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib