Pərviz Şahbazov İtaliya Deputatlar Palatasının sədr müavini ilə görüşüb - FOTO
08-12-2020 [10:38]
Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir qlobal pandemiya ilə əlaqədar belə mürəkkəb dövrdə İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini, işğaldan azad edilmiş əraziləri ziyarət etmələrini və Ermənistan tərəfindən törədilən dağıntılarla yaxından tanış olmalarını yüksək qiymətləndirdiyini qeyd etdi, bu səfərin ölkəmiz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə İtaliyanın Azərbaycana olan dəstəyini təcəssüm etdirdiyini vurğuladı və bu dəstəyə görə təşəkkür etdi.
Bildirildi ki, 2018-ci il 18 iyul tarixində İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri, eyni ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliya Respublikasına rəsmi səfəri, həmçinin cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri, bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” və digər çoxsaylı hüquqi sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını təmin etdi.
Görüşdə həmçinin, enerji sektorunda əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynadığı qeyd edildi. Bu əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan Trans-Adriatik Boru Kəmərinin xüsusi əhəmiyyəti vurğulandı, dəhliz vasitəsi ilə cari ilin sonunda Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırıldı. Həmçinin, qeyd edildi ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq digər iqtisadi sahələri də əhatə edir və İtaliya şirkətləri indiyədək neft və qeyri-neft sahələrində 10 milyard ABŞ dolları məbləğində podrat müqavilələri icra etmişlər.
İtaliya nümayəndə heyətinin rəhbəri səmimi qəbul üçün minnətdarlığını bildirdi və qeyd etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulan kimi Azərbaycana təşkil edilmiş bu səfər məhz ölkəmizə olan yüksək dostluq münasibətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizə səfər haqqında danışan Ettore Rosato nümayəndə heyəti adından şəhid ailələrinə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığını çatdırdı.
İki ölkə arasında yüksək dostluq münasibətinin göstərici kimi İtaliyanın öz enerji təhlükəsizliyini Azərbaycana etibar etməsi qeyd edildi. Eyni zamanda, İtaliyanın yalnız neft-qaz sahəsində deyil, iqtisadiyyatın bir çox sahələrində Azərbaycanla əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olduğu vurğulandı.
Görüş zamanı, həmçinin, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit və uzunmüddətli inkişaf etdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələlərinə toxunuldu. Ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafında Azərbaycanın İtaliyadakı səfirinin və İtaliyanın Azərbaycandakı səfirinin fəaliyyətləri vurğulandı.
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib