Kafe sahibi və 9 nəfər cərimələnib - Karantinə görə

img

08-12-2020 [10:06]


Qubada karantin rejimini pozan şəxslər cərimə edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Müseyib Ələkbərov və orada olan 9 nəfər şəxs saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA