Moldova prezidentinin inaqurasiyasına xarici qonaqlar qatılmayacaq: "Biz yoluxma təhlükəsi yaratmaq istəmirik"

img

08-12-2020 [09:27]


Moldovanın yeni prezidenti Mayya Sandunun 24 dekabrda vəzifəsinin icrasına başlama mərasimi pandemiyaya görə xarici qonaqlarsız olacaq.

Bu barədə “ProTV” telekanalının efirində çıxış edən Sandu deyib.

"Pandemiyaya görə xarici qonaqların dəvətindən imtina etmək lazım gəldi - biz yoluxma təhlükəsi yaratmaq istəmirik. Buna görə, parlamentin deputatlarının və başqa rəsmi şəxslərin olmasını nəzərdə tutan qanunun əksinə olaraq mərasim çox sadə keçiriləcək", - Sandu deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA