Tramp: "ABŞ-da ümumi seçkilər üçüncü dünya ölkəsi səviyyəsində keçirildi, seçkilər tamamilə saxtalaşdırılıb"

img

08-12-2020 [09:15]


ABŞ-da ümumi seçkilər üçüncü dünya ölkəsi səviyyəsində keçirildi, seçkilər tamamilə saxtalaşdırılıb.

Bunu Ağ Evdə jurnalistlərin suallarına cavab verən ABŞ prezidenti Donald Tramp deyib.

"Seçkilər saxtalaşdırılıb. Əgər siz müxtəlif ştatlara baxsanız, görəcəksiniz ki, seçkilər tamamilə saxtalaşdırılıb. Bu, bizim ölkəmiz üçün biabırçılıqdır. Bu, üçüncü dünya ölkəsinə oxşayır, bu bülletenlər hər yerdə heç kimin tanımadığı şəxsə aid cihazlardan istifadə ilə səpələnir, hansılar ki, heç kim heç nə bilmir", - dövlət başçısı iddia edib.

"Onlar (demokratlar-red) bunu nasazlıq adlandırırlar. Nasazlıqlar nasazlıq deyildi, onlar (demokratlar-red) minlərlə səsin göndərilməsini ələ keçirdilər, hansılar ki, yeri gəlmişkən, hamısı mənə qarşı idi", - Tramp deyib.

"Ən yaxın iki gündə siz əhəmiyyətli çox şey görəcəksiniz", - o, vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA