"Paşinyanın mərasimdə iştirakı mənim üçün arzuolunmazdır" - Baş keşiş də siyasi qalmaqallara qarışdı

img

08-12-2020 [09:04]


Erməni apostol kilsəsinin Şirak yeparxiyasının baş keşişi Mikael Ajapahyan ölkənin baş naziri Nikol Paşinyanın iştirak etdiyi dua mərasimində xidmətdən imtina edib.

Bu barədə “Sputnik Armenia” xəbər yayıb.

"Onun (Paşinyan-red) iştirakı mənim üçün arzuolunmazdır, xoşagəlməzdir, buna görə də onun iştirakı səbəbindən dua mərasiminə xidmət etmədim. Bu, hər ruhaninin hüququdur. Ruhanilərin nümayəndəsi hardasa arzu etmədiyi şəxsə görə xidmət etməyə məcbur deyil", - baş keşiş bildirib.

O, anım mərasiminin yenə də baş tutduğunu, mərasimdə "baş nazirin iştirakını bəyənməyən" bir keşiş tərəfindən xidmət edildiyini əlavə edib.

Nikol Paşinyan 1988-ci ilin 7 dekabrında baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü ilə əlaqədar bu gün Gümrünün təbii fəlakətdən zərər çəkmiş şəhərlərinə gedib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA