Rusiya ərazisi ilə nə qədər Azətbaycan nefti daşınıb?

img

07-12-2020 [17:43]


Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə 528,6 min ton Azətbaycan nefti tədarük edilib.

Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Yanacaq-enerji kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, bununla Azərbaycan Rusiya ərazisindən tranzitlə göndərilən neftin həcminə görə üçüncü olub.

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə nəql olunan neft həcmlərinə görə Qazaxıstan birinci olub. Bu ilin 11 ayı ərzində Rusiyadan tranzitlə 14,21 mln ton Qazaxıstan nefti tədarük edilib.

İkinci yerdə isə Türkmənistan qərarlaşıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə 2,11 mln ton Türkmənistan nefti nəql edilib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA