Bayden Trampın xarici siyasətini kökündən dəyişəcək

img

07-12-2020 [13:52]


ABŞ-dakı prezident seçkilərinin qalibi Cozef Bayden sələfi Donald Tramp administrasiyasının xarici siyasətində yalnız İsrail ilə ərəb ölkələri arasındakı “Abraham sazışləri” (Abraham Accords) və İsrail – Fələstin münaqişəsinin həlli ilə bağlı təşəbbüsləri davam etdirmək niyyətindədir.

“Axios” xəbər verir ki, bu barədə yeni prezident komandasının bir üzvü deyib: “Yəqin ki, Trampın xarici siyasət təşəbbüsləri arasında Bayden yalnız bunlar barədə müsbət fikir bildirib”.

Mənbələrin verdiyi məlumata görə, İsrail ilə Fələstin arasında yeni sazişləri imzalatmaqla Təl-Əvivi “iki millətin iki dövləti” prinsipinə yönəltmək üçün istifadə oluna bilər. Hərçənd Bayden komandasının qənaətincə, İsrail – Fələstin münaqişəsinin hərtərəfli həlli üçün şərtlər tam olaraq yetişməyib.

“Abraham sazişləri”nə gəlincə, Səudiyyə Ərəbistanının Bayden administrasiyası dövründə insan hüquqları məsələsində “başağrı”ların qarşısını almaq üçün İsrail ilə münasibətlərini yoluna qoymaq üçün addımlar ata biləcəyi bildirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA